
Ərdoğan Starmerlə bir araya gəldi

Hollandiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Böyük Britaniyanın Baş naziri Key Starmerlə bir araya gəlib.
Metbuat.az xəbər verir ki, Starmer Ukraynada “Könüllülər Koalisiyası”nın planlaşdırılmasında verdiyi dəstəyə və sülh danışıqlarındakı roluna görə Türkiyəyə təşəkkür edib. Bu barədə Böyük Britaniyanın Baş nazirinin ofisindən açıqlama verilib. Açıqlamaya görə, Ərdoğan və Starmer Yaxın Şərqdəki hadisələri müzakirə edib, İsrail və İran arasında atəşkəsin qənaətbəxş olduğu barədə razılığa gəliblər. Liderlər Qəzzadakı vəziyyəti də müzakirə edərək, bölgəyə yardımı artırmaq və böhrana son qoymaq barədə razılığa gəliblər.
Liderlər Türkiyə ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Prezident Ərdoğan G20 Zirvəsi Çərçivəsində MİKTA Ö...
Son Xeberler
Türkiyə və Böyük Britaniya "Eurofighter" qırıcı tə...
Azəri Xəbər

Prezident Ərdoğan G20 Zirvəsi Çərçivəsində Dünya S...
Son Xeberler

Cənubi Afrikadakı G20 Sammitində Əhəmiyyətli Görüş...
Son Xeberler

Ərdoğan ABŞ-yə gedib
Bugun.az

Türkiyə və Britaniya qırıcı təyyarələrinin alınma...
Bugun.az


