Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Ermənistanda kütləvi zəhərlənmə

22.12.2024 08:25 144 baxış sayı 1 dəq. oxuma Metbuat
​Ermənistanda kütləvi zəhərlənmə

Ermənistanın Vanadzor şəhərində kütləvi zəhərlənmə olub.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, 10 nəfər zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində zərərçəkənlərin Vanadzor mərkəzi bazarının ərazisindəki fərdi sahibkar Rudik Alaverdyana məxsus iaşə məntəqəsində qidadan zəhərləndikləri məlum olub. Ərzaq məhsullarından nümunələr götürülüb, laboratoriya müayinəsi aparılıb. Yoxlama zamanı obyektin təsdiq edilmiş sanitariya və gigiyena normalarının pozulması ilə işlədiyi də məlum olub.

Obyektin fəaliyyəti dayandırılıb.

Qeyd edilir ki, laboratoriya analizinin nəticələri barədə əlavə məlumat veriləcək.

Araşdırma aparılır.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: