Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Etibarnamə ilə avtomobil alanların nəzərinə

22.05.2025 17:25 59 baxış sayı 2 dəq. oxuma Metbuat
Etibarnamə ilə avtomobil alanların nəzərinə

Son zamanlar Azərbaycanda avtomobillərin alqı-satqısında etibarnamə ilə əldə edilməsinə maraq artıb. Vətəndaşlar bəzən rəsmi müqavilə bağlamadan, yalnız etibarnamə əsasında avtomobil idarə etməyə üstünlük verirlər. Lakin mütəxəssislər bu üsulun bir sıra hüquqi risklər daşıdığını bildirirlər.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, etibarnamə yalnız sürmək üçün verilibsə, bu, alıcının hüquqlarını məhdudlaşdırır:

“Etibarnamə sadəcə sürmək hüququ ilə verilibsə, demək, avtomobil üzərində əsas hüquq hələ də əvvəlki sahibində qalır. Bu da gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Ona görə də etibarnamə həm satmaq, həm bağışlamaq, həm də digər əməliyyatlar üçün hüquqları əhatə etməlidir”.

Ekspertin sözlərinə görə, belə hallarda avtomobilin cərimə borclarını və texniki vəziyyətini əvvəlcədən yoxlamaq vacibdir. Eyni zamanda etibarnamənin verilməsi zamanı notarial qaydada rüsumların da ödənildiyini qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: