
"Fənərbaxça" ilə adı hallanan Levandovski qərar verdi

"Fənərbaxça" ilə adı hallanan "Barselona"nın hücumçusu Robert Levandovskinin transferi ilə bağlı yeni bir iddia irəli sürülüb. Polşalı ulduzun "Barselona"da qalmaq istədiyi qeyd edilir.
İspaniyanın "Sport" nəşrində dərc olunan xəbərə görə, futbolçunun mövsümün sonunda başa çatacaq müqaviləsi ilə bağlı vəziyyət aydındır. İddialara görə, Levandovski klubdan yeni müqavilə təklifi gözləyir. Məlumatlar göstərir ki, əgər "Barselona" yeni müqavilə təklif etməsə, o, peşəkar futbolçu karyerasına yekunlaşdıracaq. Bu, hücumçunun Kataloniya klubu qarşısındakı mövqeyini ortaya qoyur.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində yaxşı çıxış edir. O, La Liqanın doqquz matçında forma geyinib və yeddi dəfə fərqlənməyi bacarıb.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Mourinyo "Fənərbaxça"dakı karyerası ilə bağlı qər...
Bugun.az

Levandovski karyerası ilə bağlı qərar verdi
Azəri Xəbər

Ulduz futbolçu "Fənərbaxça"nın təklifinə cavab ver...
Bugun.az

Mourinyo "Real"ın ulduzunu “Fənərbaxça”ya gəlməyə...
Bugun.az

Levandovski "Barselona"dakı qolların sayına görə N...
Azəri Xəbər

"Fənərbaxça" əfsanə heyət qurur - Bu ulduz futbol...
Bugun.az


