
"Fənərbaxça" tarixində belə qol olmamışdı - Tarixi göstərici

Türkiyə Superliqasının 19-cu turunda "Konyaspor" "Fənərbaxça"nı qəbul edib.
Metbuat.az xəbər verir ki, matçda hesab 25-ci saniyədə açılıb. Meydan sahiblərinin futbolçusu Pedrinyo fərqlənib. Bu həm də, "Fənərbaxça"nın tarixində buraxdığı ən erkən qol olub. Bununla belə, qonaqlar qələbə qazana biliblər. 14 və 25-ci dəqiqələrdə iki dəfə fərqlənən qonaqlar önə keçsələr də, 44-cü dəqiqədə hesab bərabərləşib. 61-ci dəqiqədə isə "Fənərbaxça" qələbə qoluna imza atıb. Bununla da, "Fənərbaxça" xallarını 42-yə çatdırıb. “Konyaspor" isə 20 xalla turnir cədvəlində 15-cı sırada qərarlaşıb. Lider "Qalatasaray" da 19-cu turda qələbə qazanmışdı.
Səfərdə “İstanbul Başakşehir”i 2-1 hesabı ilə məğlub edən "Qalatasaray", 50 xalla liderdir.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Məşhur məşqçi "Fənərbaxça"da işləmək istəyir
Bugun.az
"Qarabağ"ın futbolçusundan unikal göstərici
Azəri Xəbər

Mourinyo "Fənərbaxça"dakı karyerası ilə bağlı qər...
Bugun.az

"Fənərbaxça" doğma meydanda autsayderi məğlub etdi
Azəri Xəbər
“Əl-Hilal”ın futbolçusu “Fənərbaxça”ya keçə bilər
Azəri Xəbər

Ulduz futbolçu “Fənərbaxça”nı istəyir - Mourinyo...
Bugun.az


