Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​"Fənərbaxça" ulduz futbolçu ilə bağlı qərar verdi

24.03.2025 15:25 95 baxış sayı 1 dəq. oxuma Metbuat
​"Fənərbaxça" ulduz futbolçu ilə bağlı qərar verdi

"Fənərbaxça" Ceko ilə yeni şərtlərlə müqavilə imzalamağa çalışır. Superliqa təmsilçisi kapitanın maaşını azaltmaq istəyir.

Metbuat.az xəbər verir ki, İstanbul nəhəngi bosniyalı forvardla sözləşmə ilə bağlı danışıqlara başlayıb.Klub illik 4.2 milyon avro qazanan 39 yaşlı futbolçuya illik 3 milyon avro maaş təklif edəcək.

Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbağça"da çıxış edir. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: