Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

FHN "Sədərək"dəki yanğınla bağlı məlumat yaydı -YENİLƏNİB

24.08.2025 10:25 22 baxış sayı 1 dəq. oxuma Metbuat
FHN "Sədərək"dəki yanğınla bağlı məlumat yaydı -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

FHN Mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, hazırda yanğınla mübarizə tədbirləri davam edir.

    Əlavə məlumat veriləcək.

    13:27

    Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

    FHN Mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    G
    Sosial məsələlər müxbiri

    Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

    Bütün məqalələrə baxın
    Paylaş: