
Fransa millisi ilə oyuna ciddi hazırlaşmışıq - Ayxan Abbasov

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa yığması ilə oyuna ciddi hazırlaşıb.
Metbuat.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında açıqlama verib.
Mütəxəssis onları çox önəmli və gərgin matçın gözlədiyini söyləyib:
"Rəqibimiz son illərin ən güclü komandalarından biridir. Fransa yığmasında ulduz futbolçular çıxış edir. Amma biz də görüşə ciddi hazırlaşmışıq. Futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Rəqibin sabah azarkeş dəstəyi də olacaq. Buna baxmayaraq, oyunçularımız bütün güclərini ortaya qoyacaqlar. Belə böyük komandalara qarşı oynamaq özü böyük motivasiyadır. İlk gündən futbolçularımızın məşqə həvəslə yanaşması yaxşı haldır. Gələcəkdə nələrsə qazanmaq üçün uşaqlar bu cür matçlarda özlərini göstərməlidirlər. Futbolda hər şey mümkündür. Oyunçularımdan istəyim odur ki, nə olur-olsun, meydanda təslim olmasınlar və rəqibdən çəkinməsinlər".
Ayxan Abbasov bildirib ki, belə böyük oyunlar məşqçilər üçün də gözəl şansdır:
"Məşqçi heyəti olaraq futbolçularımızı oyuna yaxşı hazırlamaq üçün əlimizdən gələni etdik".
Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ayxan Abbasov İslandiya ilə matçdan danışdı
Bugun.az

İslandiya ilə oyunda sadə qollar buraxdıq - Ayxan...
Bugun.az
Ayxan Abbasov: "İslandiya ilə oyunda sadə qollar b...
Azəri Xəbər

Ayxan Abbasov: "Fransa millisinə qol vurmaq da çət...
Azəri Xəbər

Futbolçularımız Fransa millisinə qarşı yaxşı mübar...
Bugun.az

Ayxan Abbasov: "Şamaxı"nın toparlanmağa ehtiyacı v...
Azəri Xəbər


