
Girdəni çayı körpüsü bağlanır

“Mövcud Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi (M3) avtomobil yolu üzərində iki körpünün yenidən qurulması layihəsi" çərçivəsində aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, yolun 197-ci kilometrində yerləşən Girdəni çay üzərindəki körpü 20 sentyabr 2025-ci il səhər saat 09:00-dan etibarən tikinti işləri başa çatanadək nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb:
"Bu səbəbdən sürücülərdən və vətəndaşlardan xahiş olunur ki, hərəkətlərini təmin etmək üçün alternativ yol istiqamətindən - Lənkəran şəhəri Heydər Əliyev prospektindən istifadə etsinlər.
Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayışa görə təşəkkür edirik".
Oxşar xəbərlər

"Xəzər"də daha bir veriliş bağlanır
Şou Xəbər

"Vasmoy" bazarı bağlanır -
Son Xeberler

Nar qabığı: Gizli xəzinə
Bugun.az

Bakıda məşhur şadlıq sarayı bağlanır - FOTO
Bugun.az

Azərbaycandakı rusdilli məktəblər bağlanır
Bugun.az

Zəncəfilin faydaları
Bugun.az