
Göyçayda ağır qəza - Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az-ın məlumatına görə, hadisə noyabrın 11-i axşam saat 22:00 radələrində rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.
Belə ki, hərəkət etməkdə 10-XV-434 dövlət qeydiyyat nişanlı "Vaz-2107" markalı avtomobil idarəetməni itirirərək kənardakı maneəyə çırpılıb. Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Məmmədov Fikrət, 2004-cü il təvəllüdlü Adıgözəlov İbrahim və 2004-cü il təvəllüdlü Daşdəmirov Nuran ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq Göyçay Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı Göyçay Rayon Polis idarəsində araşdırma aparılır.
Davud Tarverdiyev / Metbuat.az
Etiketlər
Oxşar xəbərlər

Neftçalada qəza baş verdi - Xəsarət alanlar var
Bugun.az

Gürcüstanda ağır qəza:
Son Xeberler

Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar...
Son Xeberler

Avtobus qəzaya düşdü, yaralılar var - FOTO
Bugun.az

Toy Karvanında Qəza: Bir Nəfər Ağır Yaralıdır
Bugun.az

Bayram gecəsi ağır qəza - Bir ailədən 5 yaralı var
Bugun.az