
Günel 40 yaşını Dubayda qeyd etdi -FOTO

Müğənni Günel Zeynalova 40 illik yubileyini qeyd etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıb.
O, bu münasibətlə sosial şəbəkə hesabında həyatı barədə düşündürücü paylaşım edib. Günel burada keçmiş təcrübələri və gələcəyə baxışını açıqlayır. Müğənni yazır ki, o, hisslərin və insanların dəyişə biləcəyini, səhvlərin bəzən həqiqətlərə apardığını öyrənib. Günel deyir ki, ailənin dəyərini kiçik olanda bilməsə də, indi bunu ürəyinin ən dərin yerində hiss edir. O, yaşadığı hər gözəl an, aldığı hər nəfəs, işığı, səsi, istedadı və ruhuna mənə özünü xatırlatdığı üçün minnətdardır.
Sənətçi artıq keçmişi bağışladığını və gələcəyə tələsmədiyini açıqlayıb. O, hər şeyin vaxtında gəldiyini bilir. İndi yalnız ruhu üçün yaxşı olanlarla irəliləyir. Günel onu tərk edənlərə də təşəkkür edir, çünki onlar da ona özünü xatırladıb. O qeyd edir ki, bu il ruhunu eşitdi, cavablar aldı və sükutda məna tapdı. Oyanıb və xatırlamağa başlayıb. Müğənni bu il çox gözəlləşdiyini, işıqları ilə parladığını və çox gülümsədiyini bildirir. Əvvəllər arzular edirdi, lakin indi sadəcə minnətdardır. Artıq kainatdan kömək istəmir, çünki özünün artıq kainatın cavabı olduğunu düşünür.
Günel yazır ki, hər sükutda bir mesaj, hər göz yaşında isə bir yenidən doğuş var idi. O, indi daha sadə, amma bir o qədər də dərindir. Artıq zamanın ardınca düşmür, əksinə, onunla rəqs edir. Günel bu yaşı qeyd etmək yox, sadəcə özünə, dözümlülüyünə və bütün "yaxşı ki"lərinə təşəkkür etmək olduğunu söyləyərək sözlərini tamamlayır.
Foto və video sənəti haqqında yazıram. Özüm də fotoqrafiyaya marağım var, bu da işimə kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Günel İbrahim Tatlısəslə konsertə hazırlaşır
Xəbər Anı

"Banu"nun Günelindən ölüm xəbərinə REAKSİYA
Bugun.az

Günel Müsəvi illər sonra göründü - FOTO
Bugun.az

Ağstafada qəfil vəfat müəllimin görüntüləri -FOTO
Bugun.az

54 yaşlı aktrisa illərə meydan oxuyur -
Son Xeberler

Faciəvi şəkildə ölən Günel nazir köməkçisinin bacı...
Xəbər Anı


