Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Gürcüstan DİN-ə yeni rəhbər təyin edildi

28.05.2025 07:25 63 baxış sayı 1 dəq. oxuma Metbuat
Gürcüstan DİN-ə yeni rəhbər təyin edildi

Gela Geladze Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunub.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

G.Geladze bundan öncə Gürcüstanın daxili işlər və ədliyyə nazirliklərində yüksək vəzifələrdə çalışıb. O, ötən ilin dekabrından müdafiə nazirinin müavini, daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini olub.

Qeyd edək ki, 2019-cu ildən Gürcüstanın DİN başçısı vəzifəsini tutmuş Vaxtanq Qomelauri bu gün vəzifəsini tərk edib.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: