Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Hacıqabulda ağır qəza -Xəsarət alanlar var

06.08.2025 05:25 28 baxış sayı 1 dəq. oxuma Metbuat
Hacıqabulda ağır qəza -Xəsarət alanlar var

Hacıqabulda avtomobil qəzası olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Jiquli” markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qubalı Baloğlan kənd sakinləri; 1969-cu il təvəllüdlü Talıbova İlhamə Sidqəli qızı, 1967-ci il təvəllüdlü Ağayeva Sərvinaz Sidqəli qızı, 1975-ci il təvəllüdlü Poladova Sevinc Əsgər qızı və 1994-cü il təvəllüdlü Talıbov Ruslan Həsən oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: