
Hakan Fidanla Rubio Bakı ilə İrəvan arasındakı sülhü müzakirə etdilər

ABŞ-də səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla bu ölkənin Dövlət katibi Marko Rubio arasında görüş keçirilib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat əldə edib.
Telekanalın əldə etdiyi məlumata görə, nazirlər Suriya administrasiyası ilə əlaqənin vacibliyini vurğulayıb, bu ölkədə sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyəti ifadə ediblər.
Digər tərəfdən Qəzzada daimi atəşkəsin yaradılmasının vacibliyi və bu məsələnin regional sülh üçün zəruri olduğu vurğulanıb.
Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq səyləri ilə yanaşı, Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə olunub.
Vurğulanıb ki, Ankara Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı səylərini dəstəkləyir. Həmçinin, Bosniya və Herseqovinanın sabitliyinin Balkanlar üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Hakan Fidanla Sergey Lavrov müzakirə apardı
Bugun.az

Hakan Fidan Mark Rubio ilə müzakirə apardı
Bugun.az

Ağ Evdə Fidanla Rubionun görüşü başlayıb
Azəri Xəbər
Pakistan XİN başçısı Hakan Fidanla Qəzzanı müzakir...
Azəri Xəbər

Hakan Fidan Ağ Evdə Marko Rubio ilə görüşdü
Bugun.az

Paşinyan ABŞ dövlət katibi ilə sülh sazişini müzak...
Bugun.az


