Hakim Levandovskinin qalmaqallı ofsayd qərarını belə izah edibmiş
“Real Sosyedad” - “Barselona” matçındakı VAR qərarı ilə bağlı baş məşqçi Hansi Fliklə hakim arasında mübahisənin baş verdiyi məlum olub.
Metbuat.az xəbər verir ki, mübahisə oyunun fasiləsi zamanı qeydə alınıb. “Barselona”nın baş məşqçisi Hansi Flik ləğv edilmiş qolla bağlı hakim Kuadra Fernandesdən izahat tələb edib. Flik baş hakim Kuadra Fernandezin yanına gedib və qolun ləğvi ilə bağlı sual verib. “Mundo Deportivo”da yer alan xəbərə görə, kameralar tərəfindən qeydə alınan bu söhbət zamanı Flik hakimin qərarına etiraz edib. Hakim Fernandez isə VAR-ın ofsayd qərarı verdiyini qeyd edərək, "Niyə ofsayd uyduraq ki?" - deyə bildirib. Flik, hakimin sözlərindən razı qalmayıb. Flikin köməkçiləri onu sakitləşdirməyə çalışıblar.
Qeyd edək ki, Robert Levandovskinin 13-cü dəqiqədə vurduğu qol VAR-ın ofsayd qərarı səbəbindən ləğv edilib. Matçın yayımçısı qərarın səbəbini izah edən oyundankənar görüntülərini gec yayımlayıb. Ekranda görünən ofsayd rəsmində Levandovskiyə aid edilən ayağın əslində “Real Sosyedad”ın müdafiəçisi Aqerdə məxsus olduğu ortaya çıxıb.
Etiketlər
Oxşar xəbərlər
Əhmədin Məhkəməsi Bitdi: Məcburi Müalicə
Bugun.az
Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyula b...
Xəbər Anı
34 yaşlı hakim koronavirusa yoluxdu
Son Xeberler
Ermənistanın hakim fraksiyasının başçısı:
Son Xeberler
ŞOK İDDİA: Ərdoğan postunu təhvil verir -
Son Xeberler
“Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kit...
Son Xeberler