🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Hansı küçələrdə "dropoff" məntəqələri olacaq?

10.06.2025 14:25 12 baxış sayı 1 dəq. oxuma
Hansı küçələrdə "dropoff" məntəqələri olacaq?

“Gənclik Mall”un parklanma yerinin giriş hissəsində “dropoff” məntəqəsi - mindirib-düşürmə yeri yaradılıb. Bəs şəhərin başqa hansı küçələrində bu məntəqələrdən yaradılmasına ehtiyac var?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu istiqamətdə təhlillər apardığını, mümkün imkanları araşdıraraq bu yöndə işlər gördüyünü söyləyib.

“Əsasən, şəhərin digər hissələrində də oxşar məntəqələrin təşkilinə böyük ehtiyac var. Məsələn, Yusif Səfərov küçəsi belə bir məntəqə üçün uyğun yerlərdən biridir”, - deyə R.Ağamirzəyev bildirib.

Qeyd edək ki, başqa hansı küçələrində bu məntəqələrdən yaradılacağı ilə bağlı AYNA-dan sorğumuza cavab verilib ki, məlumat olduğu təqdirdə təqdim ediləcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: