
“Harry Potter”in məşhur aktyoru vəfat etdi

“Doctor Who” və “Harry Potter” filmlərindəki rolları ilə tanınan aktyor Saymon Fişer-Beker vəfat edib.
Metbuat.az xəbər verir ki, o, 63 yaşında dünyasını dəyişib.
Fişer-Bekerin ölümünü meneceri Kim Berri təsdiqləyib: “Təkcə əməkdaşlıq etdiyim şəxsi yox, həm də 15 illik yaxın dostumu itirdim. Saymon, həm də yazıçı və böyük natiq idi”.
Aktyor daha çox “Harri Potter və fəlsəfə daşı” filmindəki “Kök keşiş” obrazı ilə şöhrət qazanıb.
O, həmçinin BBC-nin məşhur komediya serialı olan “Puppy Love” filmində, eləcə də “One foot in the grave”, “The Bill” ”Love soup” və “Afterlife” kimi layihələrdə də yer alıb. 2012-ci ildə Oskar mükafatına layiq görülmüş “Les Misérables” filmində də oynayıb.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Sevilən Aktrisa Dame Maggie Smith Vəfat Etdi
Son Xeberler

"Yeşilçam"ın aktyoru vəfat etdi
Şou Xəbər

"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi
Son Xeberler

Kerem Aktürkoğlu Tarixə Adını Yazdırdı
Bugun.az

Azərbaycanın tanınmış aktyoru vəfat etdi -FOTO
Bugun.az

Tanınmış aktyor 72 yaşında vəfat etdi
Son Xeberler