Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Həbs edilən icra başçıları şərik imiş

02.11.2025 14:12 8 baxış sayı 2 dəq. oxuma Metbuat
Həbs edilən icra başçıları şərik imiş

Cümə axşamı DTX tərəfindən saxlanılan Balakənin sabiq rəhbəri İslam Rzayevlə Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin gizli biznes əlaqələri ortaya çıxıb. Şəkiliyev hələ iyunun 20-də həbs edilmişdi. Məlumata görə, hər iki rəhbər vəzifədə olarkən çox yaxın münasibətlər qurmuşdu. Onlar icra başçısı kimi fəaliyyət göstərdikləri dövrdə kənar biznes layihələrini müzakirə edirmişlər.


İki rayon arasındakı yaxın məsafə onların tez-tez görüşməsinə şərait yaradırdı. Bu görüşlərin nəticəsi kimi böyük bir fermer təsərrüfatı yaradılıb. Məlumatlarda bildirilir ki, İslam Rzayevlə Musa Şəkiliyevin birlikdə bir neçə qoyun sürüsünə sahibliyi müəyyən edilib. Bu şərikli təsərrüfatda heyvanların sayı olduqca çoxdur.


Söhbət 15 min başdan çox xırdabuynuzlu heyvanın saxlandığı böyük bir kənd təsərrüfatı kompleksindən gedir. İcra başçılarına məxsus olan sürülər ilin fəsillərinə uyğun olaraq yerini dəyişirdi. Yaz və yay aylarında heyvanlar Qax rayonunun ərazisində bəslənilirdi.


Payız-qış mövsümündə isə sürülər Balakənə gətirilirdi. Beləliklə, təsərrüfat sahibləri Qaxı yaylaq, Balakəni isə qışlaq yeri kimi istifadə edirdilər. Bu faktlar həbs edilən sabiq icra başçılarının əməkdaşlığının və ortaq mülkiyyətinin miqyasını göstərir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: