Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

HƏMAS Trampın qələbəsinə münasibət bildirdi

06.11.2024 19:25 173 baxış sayı 1 dəq. oxuma Metbuat
HƏMAS Trampın qələbəsinə münasibət bildirdi

HƏMAS ABŞ-da prezident seçkilərində Donald Tramp qələbəsini elan edəndən sonra mesaj yayımlayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, HƏMAS-ın ABŞ-ın yeni administrasiyasına münasibəti Vaşinqtonun Fələstin xalqına və onların haqq işinə siyasətindən asılıdır. HƏMAS-ın açıqlamasında 1948-ci il işğalından bu yana bütün ABŞ administrasiyalarının Fələstin məsələsinə sərt münasibət bəslədiyi bildirilib. Qeyd edilib ki, ABŞ hər sahədə həmişə İsrailin ən böyük dəstəkçisi olub.

Bəyanata görə, Vaşinqton administrasiyası, siyasi və hərbi dəstəyi ilə aralarında uşaqlar, qadınlar və qocalar olmaqla on minlərlə fələstinli öldürülməsində İsraillə tam tərəfdaşlıq edib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: