Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Hindistan Pakistana hücumları dayandırdı

12.05.2025 16:25 64 baxış sayı 1 dəq. oxuma Metbuat
​Hindistan Pakistana hücumları dayandırdı

Hindistanın Baş naziri Narendra Modi xalqa müraciət edib.

Metbuat.az xəbər verir ki, o, Pakistana hücumların dayandırıldığını açıqlayıb. O bildirib ki, Hindistanın bundan sonra həyata keçirəcəyi hərəkətlər İslamabadın həmlələrindən asılı olacaq. Narendra Modinin sözlərinə görə, Pakistanla danışıqlar terrorizm və İslamabadın nəzarətindəki Kəşmir ərazisinin qaytarılması barədə aparıla bilər.

Qeyd edək ki, Hindistanın nəzarətindəki Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən turistlərə qarşı hücumdan sonra iki ölkə arasında vəziyyət gərginləşib. Hindistan hücumun Pakistan tərəfindən təşkil edildiyini irəli sürüb. Pakistan tərəfi isə iddiaları təkzib edib. Gərginlikdən sonra Hindistan Pakistana hücumlar həyata keçirmişdi.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: