
Hindistanın bütün ştatlarında müdafiə təlimləri keçirilir

Hindistan Pakistanla hərbi toqquşmalardan sonra ölkədə mülki müdafiə təlimlərini genişləndirib.
Metbuat.az xəbər verir ki, Hindistanın Daxili İşlər Nazirliyi ölkənin bütün ştatlarında mülki müdafiə təlimlərinin keçirilməsi barədə göstəriş verib. “The Hindu” qəzetinin məlumatına görə, təlimatlara əsasən, əvvəllər müəyyən bölgələrdə keçirilən təlimlər bütün ölkəni, xüsusilə də iri şəhərləri əhatə edəcək. Hava limanları və qatar stansiyalarını əhatə edəcək təlimlərdə sığınacaq hazırlığı və evakuasiya prosedurları da daxil olmaqla fövqəladə vəziyyətlər sınaqdan keçiriləcək. Təlimlərdə iştirak edəcək minlərlə mülki müdafiə könüllüsü mümkün düşmən müdaxilələrinə hazırlaşmaq üçün simulyasiyalarda iştirak edəcək.
Ölkənin böyük şəhərlərində, o cümlədən Maharaştra ştatı və Mumbay şəhərlərində toplaşma yerlərində ictimai təhlükəsizlik sistemləri də gücləndiriləcək.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Hindistan və Britaniya birgə hərbi təlimlərə başla...
Azəri Xəbər

İranda ŞƏT üzvləri ilə birgə antiterror təlimləri...
Azəri Xəbər

Baltik dənizində NATO-nun onlarla gəmisinin iştira...
Azəri Xəbər

Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri da...
Son Xeberler
Hindistan Kosmik Agentliyi Mark-3 Raketi ilə Ən Ağ...
Son Xeberler
Pakistan Hindistanı “saxta bayraq” əməliyyatı hazı...
Azəri Xəbər


