Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Hüseyn Həsənov Rusiyadakı bütün biznesini itirdi

04.09.2025 12:25 18 baxış sayı 1 dəq. oxuma Metbuat
Hüseyn Həsənov Rusiyadakı bütün biznesini itirdi

Rusiyanı tərk edən məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Rusiyadakı son biznesini də itirib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Federal Vergi Xidməti H.Həsənovun 2023-cü ildə açılmış “Banda Foods” şirkətini bağlamışdı.

Rusiya vergi orqanları həmçinin Həsənovun onlayn kursların təşkili ilə məşğul olan “Banda” şirkətini də ləğv edib.

May ayında bloger barəsində “vergidən yayınma və 170 milyon rubl məbləğində çirkli pulların yuyulması” ittihamı ilə beynəlxalq axtarış elan edilib.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: