
İki rayonda qaz kəsiləcək -Bu tarixdə

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Metbuat.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən "SOCAR Petroleum" QSC-yə məxsus yanacaqdoldurma stansiyasının qazlaşdırılması əlaqədar olaraq, aprelin 8-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək "Hacıqabul-2" qazpaylayıcı stansiyadan (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Şirvan şəhər mərkəzinin bir hissəsi (10 qeyri-yaşayış sahəsi) və Hacıqabul rayonu üzrə 3 qeyri-yaşayış sahəsinin (ümumi 2 110 abonent) qaz təchizatında fasilə yaranacaq.
Oxşar xəbərlər

Saat 10:00-da qaz kəsiləcək -Bu ərazilərdə
Bugun.az

Bu şəhərdə su kəsiləcək
Xəbər Anı

Bu şəhərdə qaz kəsiləcək
Bugun.az

Sabah qaz kəsiləcək -Bu ərazilərdə
Bugun.az

Saat 10:00-da bu ərazilərdə qaz kəsiləcək
Bugun.az

Bu rayonda yas mərasimi ləğv edildi
Bugun.az