
İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul etdi

Prezident İlham Əliyev iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.
Metbuat.az xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla BP arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı.
Ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edildi.
Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunuldu, ölkəmizdə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulandı. Bu xüsusda BP şirkətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olundu.
Görüşdə SOCAR ilə BP arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İlham Əliyev Yakob Aarup-Andersenlə görüşdü
Bugun.az

İlham Əliyev Birol Akgünün etimadnaməsini qəbul et...
Bugun.az

İlham Əliyev Mehdi Sənayini qəbul etdi
Bugun.az

İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Ş...
Bugun.az

İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanı...
Bugun.az

Prezident Çavuşoğlunu qəbul etdi
Son Xeberler