Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

İngiltərə klubu Mourinyonu istəyir

16.12.2024 15:25 147 baxış sayı 2 dəq. oxuma Metbuat
İngiltərə klubu Mourinyonu istəyir

İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton" "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu komandaya gətirmək istəyir.

Metbuat.az xəbər verir ki, portuqaliyalı çalışdırıcının "Fənərbaxça" ilə müqaviləsində onun ayrılmasını asanlaşdırcaq təzminat maddəsinin olduğu bildirilir. “Fichajes”in xəbərinə görə, "Vulverhempton" rəhbərliyi baş məşqçi Qari Onillə müqaviləni ləğv etməyi istəyir və ingilis çalışdırıcını Mourinyo ilə əvəzləməklə komandanı aşağı sıralardan xilas etmək istəyir. İddia edilir ki, Joze Mourinyo ilə “Fənərbaxça” arasındakı müqavilədə 5 milyon avroluq sərbəst qalma maddəsi var. Ancaq “Fənərbaxça” ilə 2 illik müqaviləsi olan Mourinyonun klubda qalacağı irəli sürülür.

Qeyd edək ki, Premyer Liqada aşağı sıralarda olan "Vulverhempton" 15 matçda 2 qələbə, 3 heç-heçə və 10 məğlubiyyətlə 9 xal toplayıb və 19-cu pillədədir. Bəzi mənbələrə görə, "Fənərbaxça" klubu komandanın oyunundan narazıdır və Mourinyo istefaya göndərilə bilər.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: