Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

İnsanların sağlamlığına və əmlakına dəyən zərər ödəniləcək

19.08.2025 12:25 15 baxış sayı 1 dəq. oxuma Metbuat
İnsanların sağlamlığına və əmlakına dəyən zərər ödəniləcək

Qaz təchizatı subyektinin təqsiri üzündən insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə dəymiş zərər həmin zərəri vuran qaz təchizatı subyekti tərəfindən tam aradan qaldırılmalı və ya dəymiş zərərin əvəzi tam ödənilməlidir.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Qaz təchizatı haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə zərər vurulana qədər mövcud vəziyyətin tam bərpası mümkün olmadıqda, dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq ödənilir.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: