
İspaniya ÇL-də 5 klubla təmsil olunacaq

Növbəti mövsümdə UEFA Çempionlar Liqasında İspaniya 5 klubla təmsil olunacaq.
Metbuat.az xəbər verir ki, İtaliya “Latsio”su UEFA Avropa Liqasının 1/4 finalında mübarizəni dayandırdığndan, La Liqadan Avrokuboklara əlavə yer verilib.
İspaniya hazırda klub reytinqində ikinci, İtaliya üçüncüdür. Avrokuboklarda mübarizəni davam etdirən “İnter”lə “Fiorentina”nın gələcək çıxışlarından asılı olmayaraq, İtaliya yuxarı pilləyə qalxa bilməyəcək .
Bu mövsüm İspaniyadan "Barselona" (Çempionlar Liqası), "Atletik" (Avropa Liqası) və "Betis" (Konfrans Liqası) yarımfinala yüksəlib.
Qeyd edək ki, İspaniyadan başqa İngiltərə də gələn mövsüm ÇL-də 5 klubla təmsil olunacaq. Reytinq siyahısında ingilislər ilk pilləni tutur.
Oxşar xəbərlər

Messidən daha bir rekord
İdman Xəbər

"Real" 2022-ci ilin ən yaxşı klubu seçildi
Bugun.az

“Qarabağ” - “Vilyarreal” oyunu baş tutmayacaq
Son Xeberler

COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcə...
Bugun.az

"Qalatasaray"ın qapıçısı doğum günündə əməliyyat o...
İdman Xəbər

İspaniyalı azarkeşlər tribunalara qayıdır
Son Xeberler