
İsrail 90 fələstinli uşaq və qadını sərbəst buraxdı

HƏMAS və İsrail arasında qarşılıqlı məhbus mübadiləsi razılaşması çərçivəsində 90 fələstinli uşaq və qadın azad edilib.
Metbuat.az xəbər verir ki, fələstinlilər azad edilən şəxsləri qarşılamaq üçün işğal altındakı İordan çayının qərb sahilindəki Ramallahın Beytuniya qəsəbəsində toplaşıb. İsrail əsgərləri soyuq olduğu üçün tonqal qalayan fələstinlilərə gözyaşardıcı qaz və səs bombası ataraq müdaxilə edib. Müdaxilənin ardından İsrail hərbi qüvvələri fələstinliləri ərazidən uzaqlaşdırıb. İsrail ordusunun Beytuniya qəsəbəsinə basqın etməsindən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altındakı fələstinli məhbuslar təhvil veriləcəyi Ramallahdakı Manara meydanına gətirilib.
Fələstinlilər əsirləri coşquyla alqışlayıblar.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

HƏMAS iki girovu sərbəst buraxdı
Bugun.az

Qəzzanın Şimalında 400 Min Fələstinli Kömək Olmada...
Bugun.az
Ramallahda İsrail Hərbçilərinin Basqını: 2 Fələsti...
Son Xeberler
İsrail Əsgərlərinin Əl-Xəlildə İki Fələstinli Uşağ...
Son Xeberler
Qəzzada Qanlı Hadisə: İsrail Ordusunun Hücumu İki...
Son Xeberler
İsrail Qoşunları İordan Çayının Qərb Sahilində: Ce...
Son Xeberler


