Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

İsrail Livana raket zərbələri endirir

22.03.2025 12:25 101 baxış sayı 1 dəq. oxuma Metbuat
İsrail Livana raket zərbələri endirir

İsrail səhər saatlarında Livandan 3 raket atılmasına cavab olaraq “Hizbullah”ın hədəflərinə ardıcıl zərbələr endirib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Baş naziri Bimyamin Netanyahu və müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinə Livanda onlarla hədəfə qarşı qətiyyətli addımlar atmağı tapşırıb.

“Bu səhər İsrailə atılan raketlərə cavab olaraq baş nazir və müdafiə naziri Livandakı terrorçuların hədəflərinə zərbələr endirmək əmri verib”, - məlumatda bildirilir.

Netanyahunun bəyanatından az sonra İsrail ordusu Livanın cənubundakı “Hizbullah” mövqelərinə hücumların başladığını açıqlayıb.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: