🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
9 abunə

İsrail Ordusu Livanda Dörd Hərbçisini İtirdi

27.10.2024 12:25 118 baxış sayı 2 dəq. oxuma
İsrail Ordusu Livanda Dörd Hərbçisini İtirdi

İsrail ordusunun Livanda həyata keçirdiyi hərbi əməliyyat zamanı dörd hərbçi həlak olub.


İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətindən verilən məlumata görə, həlak olan hərbçilər "Alon" ehtiyat piyada briqadasında xidmət edirdilər və Livanın cənubundakı döyüşlərdə həyatlarını itirmişlər. Onların arasında bir hərbi ravvin də var.


Həlak olanların sayı artıq dörd nəfərdir. Beş nəfər hərbçi isə ağır yaralanmış və müalicə üçün təxliyə edilib.


Qeyd edək ki, İsrail ordusu sentyabrın 23-dən etibarən Livanda "Hizbullah" təşkilatının mövqelərinə qarşı "Şimal oxları" əməliyyatına başlayıb. Əməliyyatın əsas məqsədi şimal sərhəd bölgələrində təhlükəsizliyi təmin etmək və ərazilərin sakinlərinin geri qayıdışını təmin etməkdir. Oktyabrın 1-dən etibarən İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatlarına da başlayıb.


Paylaş: