
İsraildə 650-yə yaxın insan yaralandı

İranın İsrailə raket hücumları nəticəsində 24 nəfər ölüb, 647 nəfər yaralanıb.
Metbuat.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
"Onlardan 37 nəfərin vəziyyəti orta ağırdır, 600-dən çoxunun isə yüngül xəsarət aldığı bildirilir", - məlumatda deyilir.
Mətbuat ofisinin məlumatına görə, İran raketlərinin təxminən 35 yerə düşdüyü qeydə alınıb və ümumilikdə İran dörd gün ərzində İsrailə 400-ə yaxın raket və yüzlərlə pilotsuz uçan aparat atıb.
Bundan əvvəl, iyunun 16-da İsraildə 592 nəfərin yaralandığı bildirilirdi.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Türk həkimlərin peyvəndi İsraildə
Son Xeberler

Raket hücumunda İsraildə 200 nəfər yaralandı -YENİ...
Bugun.az

İsraildə 500 mindən çox insan ayağa qalxdı
Bugun.az

İsraildə üçüncü total karantin rejimi başladı
Son Xeberler

“Qarabağ” İsraildə belə qarşılandı -
Son Xeberler

DƏHŞƏTLİ QƏZA! TIR dərəyə yuvarlandı -
Son Xeberler


