
İtkin düşən qız gedərkən rəfiqəsinə bunu deyibmiş - Ailəsi danışdı

Tovuzun Bozalqanlı kəndində 13 yaşlı məktəblinin itkin düşməsi ilə bağlı bəzi detallar məlum olub.
Metbuat.az xəbər verir ki, 7-ci sinif şagirdi olan yeniyetmə qızın məktəbdən çıxdıqdan sonra hara getdiyi məlum deyil.
Məktəblinin babası Zirəddin Süleymanov hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.
"Müəllim qızıma zəng edib deyib ki, son vaxtlar sözə baxmır, nəsə deyəndə eşitməzliyə vurur. Əlində yazılar və şpris tutmuşam. Müəllimlə danışmaq üçün məktəbə yollandıq, sonra isə nəvəm evə qayıtmaq adı ilə oradan uzaqlaşdı. Sonradan öyrəndik ki, çantasını sinif yoldaşına verib, qaçıb", - deyə o bildirib.
Qeyd edək ki, yeniyetmənin valideynləri ayrılıb. Məktəbli və bacısı ata, nənə və babası ilə yaşayır.
Ətraflı Baku tv-nin süjetində:
Oxşar xəbərlər

İtkin düşən 3 şəhidin dəfn mərasimi keçiriləcək -...
Bugun.az

İtkin düşən 19 nəfər tapıldı
Bugun.az

İtkin düşən balıqçıların yaxınları danışdı - "Belə...
Bugun.az

İtkin düşən balıqçıların görüntüsü - FOTO
Bugun.az

15 Yaşlı Sevincin Ölümü: Qonşu Kənan İtkin Düşdü
Son Xeberler

İtkin rəfiqələrdən daha biri tapıldı
Bugun.az