
İyunun 1-də havanın temperaturu dəyişəcək

Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.
Oxşar xəbərlər

Martın 26-da havanın temperaturu kəskin dəyişəcək
Bugun.az

Temperatur aşağı düşəcək -
Son Xeberler

Mayın 22-də havanın temperaturu dəyişəcək
Bugun.az

Martın 12-də havanın temperaturu kəskin dəyişəcək
Bugun.az

Əhaliyə qəti xəbərdarlıq edildi, sabahdan...
Son Xeberler

Sabah 38 dərəcə isti olacaq
Son Xeberler