
İyunun 3-də qaz kəsiləcək -Bu ərazilərdə

İyunun 3-də Mingəçevir şəhərinin bəzi küçələrinin qaz təchizatında fasilə yanacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Tərtər Regional Qaz İstismarı İdarəsinin Mingəçevir xidmət sahəsi üzrə qazpaylayıcı stansiyasından (QPS) çıxan “Kür” çayının sol sahil və sağ sahil adlanan hissəsini təbii qazla təchiz edən, PE 315 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərindən “Asan xidmət” mərkəzinə ayrılan qaz xəttində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş yeraltı qaz sızması aradan qaldırılacaq.
Bildirilib ki, bununla əlaqədar qaz təchizatının QPS-nın çıxışındakı kollektordan RDQ-dən (şəhərin sol sahil hissəsində Z.Tağıyev, Samux, Puşkin, C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə, Ş.İ.Xətai, M.Əzizbəyov, Ərəş, M.P.Vaqif, M.V.Vidadi, H.Aslanov, Xocalı, S.Mehmandarov, M.A.Topçubaşov, 20 yanvar, K.Hüseynov, D.Əliyeva, İ.Qayıbov, H.Əliyev, Q.Nəbi, S.Vurğun, M.Ə.Sabir, X.Əliyev, R.Rza, M.Şəhriyar, R.Məmmədov, M.Bəkirov, M.Maqomayev, V.Abdullayev, A.Məmmədov, N.Nərimanov, İslamzadə, A.Qurbani, Bulvarnaya, Tixaya, Sosnovaya, M.Füzuli, V.Hüseynov, Ü.Hacıbəyov, N.Rəfibəyli, İ.Nəsimi, Ə.Allahverdiyev, M.Rəhimov, Sahil, Ə.Vahid, M.Əliyev, M.F.Axundov, Bağ evi, İstixana, N.Vəzirov, Asfaltzavod, H.Hüseynov, Qaz döngəsi, Qazanxana, Günəş, X.Şuşinski, Energetik, M.Fərruxov, Şəfəq, M.Abdullayev, Kür, Gəncə şosesi, Günəşli, Bağ, Paralel, Şəfa, Mərkəzi, Aran və şəhərin sağ sahil hissəsində Təbriz, Z.Həsənova, Babək, A.Ələsgər, Y.Muradov, M.S.Ordubadi, Koroğlu, M.Müşviq, M.Hüseyn, N.Vəzirov, Niyazi küçələrində qaz təchizatının dayandırılması planlaşdırılır.
Qeyd edilib ki, ümumilikdə şəhərin 26 270 abonentinin qazla təchiz olunması iyunun 3-də saat 09:30-dan işlər yekunlaşanadək dayandırılacaq.
Oxşar xəbərlər

Bu ərazilərdə qaz kəsiləcək
Xəbər Anı

Sabah bu ərazilərdə qaz kəsiləcək
Xəbər Anı

Sabah bu ərazilərdə elektrik enerjisi kəsiləcək
Xəbər Anı

Saat 10:00-da qaz bu ərazilərdə qaz kəsiləcək
Xəbər Anı

Saat 10:00-da qaz kəsiləcək -Bu ərazilərdə
Bugun.az

Bu şəhərdə su kəsiləcək
Xəbər Anı