🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Kapital Bank 2024-cü il üçün Maliyyə Nəticələrini Açıqladı

14.10.2024 11:25 71 baxış sayı 2 dəq. oxuma
Kapital Bank 2024-cü il üçün Maliyyə Nəticələrini Açıqladı

Kapital Bank 2024-cü ilin 3-cü rübü üçün maliyyə nəticələrini elan edib.

Azərbaycanın aparıcı bankı olan Kapital Bankın aktivləri 1 oktyabr 2024-cü il tarixinə 10,3 milyard manata çatıb. Müştərilərə verilən kreditlərin həcmi isə 5,1 milyard manat olub.

1 oktyabr 2024-cü il tarixinə olan məlumata görə, bankda müştəri depozitlərinin həcmi 8 milyard manat təşkil edib. Bankın 1 oktyabr 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 938 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 166 milyon manat olub.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda ən yüksək reytinqlər sırasındadır.

Azərbaycanın aparıcı bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və ölkədə ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə xidmət göstərir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın sosial şəbəkə səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Paylaş: