Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Katzdan Xameneiyə: Qolumuz sizə daha böyük güclə çatacaq

27.07.2025 15:25 22 baxış sayı 1 dəq. oxuma Metbuat
Katzdan Xameneiyə: Qolumuz sizə daha böyük güclə çatacaq

İsrail müdafiə naziri İsrael Katz İranla 12 günlük müharibədə əldə edilmiş atəşkəsdən bir ay sonra İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini təhdid edib.

Metbuat.az "The Times of Israel"ə istinadən xəbər verir ki, Katz bu barədə İsrailin cənubundakı Ramon aviabazasına səfəri zamanı danışıb.

"Mən diktator Xameneiyə mesajımı aydın şəkildə çatdırmaq istəyirəm: İsraili təhdid etməyə davam etsəniz, bizim uzun qolumuz yenidən Tehrana və xüsusən də sizə daha böyük güclə çatacaq. Təhdid etməyin, yoxsa zərər görəcəksiniz", - Katz qeyd edib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: