Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Keçmiş işçisi Gömrük Komitəsini məhkəməyə verdi

21.12.2024 17:25 125 baxış sayı 1 dəq. oxuma Metbuat
Keçmiş işçisi Gömrük Komitəsini məhkəməyə verdi

Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş işçisi Oqtay Məsmalıyev qurumu məhkəməyə verib.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tərəflər arasındakı mübahisə pensiya təminatı ilə əlaqədardır.

Oqtay Məsmalıyevin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq. Yanvarın 5-nə işüzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək.

Bundan əvvəl DGK-nın keçmiş işçisi Nəzakət Qazıbəyova məhkəmə vermişdi. Onunla da qurum arasındakı mübahisə pensiya təminatı ilə bağlı idi.

Bu məsələni araşdırarkən məlum olmuşdu ki, Səfər Mehdiyev DGK-nın sədri olduğu dönəmdə bir qrup gömrük əməkdaşının pensiya hüququ pozulub.

DGN-nın sədri Şahin Bağırovdur. O,2023-cü ildən quruma rəhbərlik edir.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: