
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı -FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.
Metbuat.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.
Doğma yurda qayıdan Kəlbəcər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Cəbrayıla növbəti köç karvanı yola salındı - FOTO
Bugun.az

Xocalının Təzəbinə və Şuşakənd kəndlərinə növbəti...
Azəri Xəbər

Daha 61 ailə doğma yurda yola salındı
Bugun.az

Laçının Bəylik kəndinə növbəti köç karvanı yola sa...
Bugun.az

Xocalının Seyidbəyli və Daşbulaq kəndlərinə növbət...
Azəri Xəbər

Daşbulaq kəndinə növbəti köç karvanı yola salınıdı
Bugun.az


