
Kirayə ödəməklə ev sahibi olmaq olar - DETALLAR

Azərbaycanda mənzil alqı-satqısı müxtəlif üsullarla həyata keçirilir. Bunlardan biri də kirayə üsulu ilə mənzil sahibi olmaqdır ki, bu da əhalinin fərqli təbəqələri üçün əlçatan imkanlar yaradır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında bildirib ki, İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən şəhər mənzilləri sosial layihələrə uyğun olan şərtlərlə vətəndaşlara satılır:
“Vətəndaş müəyyən ilkin ödəniş etdikdən sonra, qalan məbləği hər il proporsional olaraq bölünmək şərtilə kirayə məbləği kimi ödəyir. Kirayə ödənişləri tamamlandıqdan sonra vətəndaş həmin mənzilin mülkiyyətçisinə çevrilir”.
V.Oruc Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) tərəfindən həyata keçirilən sosial layihələrdən də danışıb:
“Bildiyiniz kimi, Yasamal, Hövsan və digər ərazilərdə müvafiq şərtlərə uyğun tikilmiş binalarda vətəndaşlar mənzillə təmin olunurlar. Təbii ki, bu ərazilərin əhatə dairəsi gələcəkdə genişlənəcək. Bu proses elektron müraciət əsasında həyata keçirilir və hüquq əldə edən şəxslərə mənzillər verilir. Bu mənzillər də ilkin ödəniş və aylıq ödənişlər əsasında təqdim olunur. İpoteka və Kredit Zəmanəti Fondunun layihələrində olduğu kimi, burada da vətəndaş mənzilin tam ödənişini tamamladıqdan sonra onun rəsmi mülkiyyətçisinə çevrilir”.
Ekspert qeyd edib ki, həmin sosial layihələr çərçivəsində alınmış mənzillərin beş il müddətində başqa bir şəxsə satılması qadağandır:
“Bu məhdudiyyət ona görə tətbiq olunur ki, sosial layihələrdən yalnız mənzilə real ehtiyacı olan şəxslər faydalana bilsin və dövlətin bu sahədəki dəstək proqramı öz hədəf auditoriyasına çatmış olsun. Bundan əlavə, yerlərdə həm gənc ailələr, həm də sosial durumu qənaətbəxş olmayan təbəqələr üçün növbə mexanizmi mövcuddur. Həmin növbəyə yazılan vətəndaşlar mərhələli şəkildə mənzillə təmin olunurlar”.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Karantin başlayandan kirayəçilərindən pul almır
Şou Xəbər
Los Angelesdə Kirayə pullarının ləğv edilməsi üçün...
OrdanBurdan

Kirayə mənzil bazarında SON VƏZİYYƏT -
Son Xeberler

Məhsul sahibi vakansiyası
Edumap.az Təhsil Portalı

Maşınında tanımadığı şəxs yandı - DETALLAR üzə çıx...
Bugun.az

Amazon Bulud Mərkəzlərinə Yatırımları Dayandırdı
Texnologiya xəbərləri