
Kişilər niyə xəyanət edir?

Azərbaycanda boşanmaların sayının artması ictimai diqqəti yenidən bu ciddi problemə yönəltdi. Mütəxəssislərin dediyinə görə, boşanmalarda ailədaxili xəyanət əsas faktorlardan biridir. Xəyanətdən danışılarkən isə diqqət qeyri-ixtiyari olaraq kişilərə çevrilir: Kişilər niyə xəyanət edirlər? Psixoloq Vüsalə Rüstəm bu suala aydınlıq gətirib. O, kişilərin xəyanətə meylli olmasını fərqli səbəblərlə əlaqələndirir.
Psixoloq deyir ki, qəribə səslənsə də, kişi cinsi tələbatını ödəyə bilməyəndə mənəvi boşluğa düşür. Bir çox vəziyyətlərdə qadın kişinin həyat yoldaşı olmaqdan çıxır və onun anasını əvəzləməyə başlayır. Məsələ məhz bu zaman açıq şəkildə üzə çıxır. Kişi beyni qadını ana ilə eyniləşdirir. Nəticədə kişinin həyat yoldaşına bəslədiyi məhrəm hislər ölür. Bundan sonra beyində bir növ aclıq başlayır.
Vüsalə Rüstəmin müşahidələrinə görə, bəzən kişilər özlərinin gözəl və ağıllı xanımlarını simaca eybəcər, hətta normal həyat sürməyən qadınlara dəyişə bilirlər. Digər bir halda isə evin xanımı uşaqlara çox vaxt ayırdığı üçün həyat yoldaşı ikinci plana keçir. Psixoloq bildirir ki, münasibətlər bu səviyyəyə çatanda qadın kişinin nə istədiyi ilə maraqlanmır və hər şey adiləşir.
Adiləşmiş hislər isə böyük boşluq və uçurum yaradır. Bunun nəticəsində sevgi sönür və xəyanət başlayır. Kişilər çox vaxt xəyanəti öz həyatlarına rəng qatmaq kimi başa düşürlər. Lakin psixoloq vurğulayır ki, bu vəziyyət etibarın sarsılması və ailəyə hörmətsizlikdir. Onun fikrincə, heç bir xəyanət bağışlanmamalıdır.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Qoy, kişilər arvadını vursun" -
Şou Xəbər

Qadınlar və kişilər hansı hallarda xəyanət edir?
Xəbər Anı

"Guya mən ona xəyanət etmişəm" - Namiq
Şou Xəbər

"Real" 2022-ci ilin ən yaxşı klubu seçildi
Bugun.az

"Bir dəfə xəyanət ediblər mənə..." -
Şou Xəbər

Etirazçılar Paşinyana cinayət işinin açılmasını tə...
Son Xeberler


