Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Koroğlu körpüsündə çat yaranıb? -Rəsmi açıqlama

02.07.2025 11:25 34 baxış sayı 1 dəq. oxuma Metbuat
Koroğlu körpüsündə çat yaranıb? -Rəsmi açıqlama

Sosial şəbəkələrdə "Koroğlu" metrostasiyası yaxınlığında yerləşən "Koroğlu körpüsü"nün aralandığını, yəni çatların əks olunduğu videogörüntülər yayılaraq insanlar arasnda təşvişə səbəb olub.

Sakinlərdən bəziləri bildirir ki, körpü illərdir o vəziyyətdədir, bəziləri deyir ki, bu aralanmış hissə çatdır, tezliklə yıxılacaq, bədbəxt hadisəyə səbəb olacaq və s. Hər bir halda suallar çoxdur, cavablar isə dəqiq deyil.

Metbuat.az Lent.az-a istinadən bildirir ki, məsələni dəqiqləşdirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxlanılıb.

Agentlikdən bildirildi ki, videoda görünənlər çat deyil. Həmin körpüdə çat yoxdur:

"Həmin hissə aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir (tempratur şovu). Yəni normaldır, belə də olmalıdır", -deyə qeyd edildi.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: