
Küləkli hava nə vaxtadək davam edəcək?

Azərbaycanda müşahidə olunan yağıntılı və küləkli hava şəraiti fevralın 10-dək davam edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, saat 15:30-a olan məlumata əsasən Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir. Belə ki, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Tovuz, Şəki (Kişçay), Oğuz, Qəbələ, Zaqatalada (Əlibəy) arabir qar, Tərtər, Gəncə, Şəmkir, Şamaxı, Astarada isə yağış yağır. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində də zəif qar müşahidə olunur.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 27 m/s-yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Zaqatala, Şəki, Şamaxı, Lerik, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncədə duman müşahidə olunur. Dumanda görünüş 1000 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər

Güclü küləklə bağlı sarı xəbərdarlıq edildi
Bugun.az

Küləkl güclənir - Bu tarixədək davam edəcək
Bugun.az

Bu şəhərlərdə və 4 rayonda güclü külək əsəcək
Xəbər Anı

Fevralın 20 və 21-nin havası ilə bağlı xəbərdarlıq...
Bugun.az

Bakıda güclü küləklə bağlı
Xəbər Anı

Külək zəifləyib - FAKTİKİ HAVA
Bugun.az