
Lənkəranda ər həyat yoldaşını qətlə yetirdi -YENİLƏNİB

Avqustun 24-də saat 09 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
İlkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
11:28
Lənkəranın Liman şəhərində 34 yaşlı Əfsanə Əkbər qızı Lələzadə həyat yoldaşı tərəfindən qətlə yetirib.
Metbuat.az-ın məlumatına görə, hadisə səhər saatlarına baş verib.
Belə ki, Ə.Lələzadənin həyat yoldaşı 32 yaşlı Nicat Lələzadə onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Daha sonra özü polisə təslim olub.
Məlumata görə, N.Lələzadə Bakıda çalışırmış. Cütlüyün 2 övladı var.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

26 yaşlı kişi həyat yoldaşını dönərxanada BIÇAQLAD...
Son Xeberler

Azərbaycanda xanım müğənni qətlə yetirilib-
Son Xeberler

Azərbaycanda DƏHŞƏT: Kişi arvadını yatdığı yerdə q...
Son Xeberler

Bakıda ər arvadını qətlə yetirdi
Bugun.az

Tovuzda 29 yaşlı qadın qətlə yetirilib, cinayəti t...
Azəri Xəbər

Tovuzda dəhşətli qətl-intihar: Əvvəl həyat yoldaşı...
Azəri Xəbər


