
Los-Ancelesdə yanğınlarda ölənlərin sayı 10-a yüksəldi

ABŞ-nin Los-Anceles şəhərində davam edən yanğınlar nəticəsində ölənlərin sayı 10-a yüksəlib.
Metbuat.az xəbər verir ki, yanğınlarda 10 mindən çox tikili sıradan çıxıb və ya tamamilə dağılıb. Məlumata görə, İton bölgəsində təxminən 14 min hektar əraziyə yayılan yanğın hələ də nəzarət altına alınmayıb. Palisades bölgəsində isə 20000 hektar ərazini külə çevirən yanğının 6 faizi nəzarət altına alınıb. Palisades, Eaton və bəzi ətraf ərazilərdə komendant saatı tətbiq edilib. Los-Anceles polisi bildirib ki, şəhərin Voodland Hills bölgəsində yanğın törətməkdə şübhəli bilinən şəxs nəzarətə götürülüb.
Los-Anceles bölgəsində 180000-ə yaxın insan üçün təxliyə əmri verilib. 200000 nəfər üçün evakuasiya xəbərdarlığı edilib.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Qəzzada ölənlərin sayı artdı
Bugun.az

İranda ölənlərin sayı artdı
Bugun.az

Qəzzada ölənlərin yeni sayı açıqlandı
Bugun.az

Buxarestdə partlayış nəticəsində ölənlərin sayı üç...
Azəri Xəbər

Qəzzada ölənlərin sayı 50 minə yaxınlaşır
Bugun.az

Zəlzələdə ölənlərin sayı artdı
Bugun.az