
M5 çipli yeni “iPad Pro” təqdim edildi

"Apple" şirkəti M5 prosessorlu yeni nəsil "iPad Pro" modellərini rəsmi olaraq təqdim edib.
Metbuat.az xəbər verir ki, 11 və 13 düymlük ekran ölçülərində təqdim olunan bu cihazlar performans və süni intellekt imkanlarında ciddi yeniliklərlə gəlir. Yeni "Apple M5" çipi əvvəlki M4 versiyasına nisbətən 3,5 dəfə, M1 çipli "iPad Pro" ilə müqayisədə isə 5,6 dəfə daha sürətlidir. Bu, xüsusilə video montaj və render əməliyyatlarında əhəmiyyətli üstünlük təmin edir. Məsələn, "Final Cut" kimi peşəkar proqramlarda video emalı sürəti M4-lə müqayisədə 1,2 dəfə, M1-lə müqayisədə isə 6 dəfə artıb.
M5 prosessoru həmçinin 120 Hz-lik xarici ekran dəstəyi, "Adaptive Sync" texnologiyası, saniyədə 150 GB yaddaş ötürmə sürəti və iki dəfə artırılmış oxuma/yazma imkanları ilə seçilir. Yeni modellərdə 12 GB RAM və sürətli enerji yığımı (30 dəqiqədə 50%) də mövcuddur.
Simsiz əlaqə baxımından da yeniliklər var – C1X çipi sayəsində məlumat ötürmə sürəti 50%, enerji səmərəliliyi isə 30% yaxşılaşıb. "Wi-Fi 7", "Bluetooth 6" və "Thread" standartları tam dəstəklənir.
Dizayn baxımından cihaz selefinə bənzəyir və əvvəlki aksesuarlarla tam uyğundur. Yeni "iPad Pro" modelləri üçün ön sifarişlər artıq açılıb, satışlar isə 22 oktyabrda başlayacaq.
Qiymətlər:
11 düym (256 GB, Wi-Fi) – 999 dollar
11 düym (256 GB, Wi-Fi + Cellular) – 1299 dollar
13 düym (256 GB, Wi-Fi) – 1199 dollar
13 düym (256 GB, Wi-Fi + Cellular) – 1499 dollar
Maksimum 2 TB yaddaşlı modelin qiyməti isə 2599 dollara çatır.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

M4 Çipli Yeni iPad Air: Pro Modeli ilə Rəqabətə Ha...
Texnologiya xəbərləri

Apple M5 Çipli Mac-lər Nə Vaxt Gələcək?
Texnologiya xəbərləri

Apple M5 Prosessorlu Cihazları Təqdim Edəcək!
Texnologiya xəbərləri

iPhone 16 Pro Max Ən Güclü Deyil! Apple-ın Ən Gücl...
Texnologiya xəbərləri

Apple-ın Ən Güclü Qurğuları Açıqlandı: Top 10!
Texnologiya xəbərləri

İnstaqram nəhayət iPad-ə gəlir!
Texnologiya xəbərləri