
Madriddə Arda ilə bağlı üsyan - Qovulması tələb edildi

"Real Madrid"in məşqçisi Karlo Ançelottinin UEFA Çempionlar Liqasının 1/4 finalının cavab oyunundakı oyunçu seçimləri ilə bağlı müzakirələr davam edir.
Metbuat.az xəbər verir ki, “Real”ın “Arsenal”a 1-2 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşdığı matçdan sonra Madriddə Arda Güler böhranı yaşanıb. Madridlilər Arda Gülerin oyuna girməməsinə təəccüblənib və italyan məşqçiyə sərt reaksiya veriblər. Azarkeşlər etirazları sosial media hesablarında ifadə ediblər. Azarkeşlər Ançelottini istefa verməyə çağırıblar.
Qeyd edək ki, "Real Madrid" UEFA Çempionlar Liqasının 1/4 finalında "Arsenal"a iki oyunda ümumi hesabla 1-5 hesabı ilə məğlub olub. Karlo Ançelottinin istefaya göndərilə biləcəyi barədə iddialar dərc edilib. "Bayer Leverkuzen"in məşqçisi Xabi Alonso və “Red Bull”da Qlobal Futbol Rəhbəri olan Yurgen Kloppun adı "Real"la hallanır.
Oxşar xəbərlər

Arda "Real"la bağlı qərarını açıqladı
Bugun.az

Arda Gülər "Real"dan Getmək İstəyir
Bugun.az

Ançelotti Arda Gülərdən vaz keçdi - "Real" Niko Pa...
Bugun.az

Arda Turan koronavirusa yoluxdu
Son Xeberler

"Barselona" UEFA-ya Arda Güler Barədə Şikayət Etdi
Son Xeberler

Arda Güler bu kluba keçə bilər
Bugun.az