"Mançester Siti"yə tarixi cəza - Xallar silinəcək, qadağa olacaq
"Mançester Siti" 115 maliyyə "fair-play" qaydaları ittihamı ilə bağlı sərt cəzalara məru qala bilər.
Metbuat.az xəbər verir ki, iş üzrə dinləmələr artıq yekunlaşıb. Cəzalar rəsmən elan olunmasa da, yerli mənbələr "Mançester Siti"nin məruz qalacağı cəzaları açıqlayıb. Bildirilir ki, "Mançester Siti"nin xalları silinə və transfer qadağasına məruz qala bilər. Bildirilir ki, klubun yüksək diviziondan düşmə kimi sanksiyalarla üzləşə biləcəyi irəli sürülsə də, 2025-ci ilin əvvəlində ulduz hücumçu Erlinq Haaland ilə yeni 10 illik müqavilənin imzalanması, kluba belə cazanın verilməyəcəyini ortaya qoyur. “Şeffild Hallam” universitetinin iqtisadiyyat professoru Rob Uilson bildirib ki, "Mançester Siti" aşağı liqaya göndərilməyəcək. O, “Xalları silinəcək. 50 civarında olacağını düşünürdüm, amma bu, onların Premyer Liqada lider olduqları vaxt idi. Düşünürəm ki, onların 20 ilə 40 arası xalı silinəcək. Yəqin ki, mövsümün sonunda transfer embarqosu olacaq, bu, mövsümün fasiləsində klubun transferdə niyə aktivlik göstərdiyini ortaya qoyur” - deyə bildirib.
Qeyd edək ki, "Mançester Siti" hazırda 41 xalla 4-cü sırada qərarlaşıb.
Oxşar xəbərlər
“Mançester Siti”dən altı cavabsız qol
Bugun.az
“Mançester Siti”dən 8 qolluq darmadağın
Bugun.az
"Mançester Siti" ulduz futbolçusunu yola salır
Bugun.az
"Bayer Leverkusen" Florian Wirtz üçün Fantastik Qi...
Son Xeberler
Bu gün ÇL-də 5-ci tura start veriləcək - Oyunlar
Bugun.az
Qvardiola yeni müqaviləyə imza atdı
Bugun.az