Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Martın 8-dən bu yol bağlanır

06.03.2025 09:25 69 baxış sayı 1 dəq. oxuma Metbuat
Martın 8-dən bu yol bağlanır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yol ötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, martın 8-i saat 10:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Metbuat.az-a verilən məlumata görə, məhdudlaşma təmir işləri yekunlaşanadək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən müddət ərzində həmin hissədə hərəkətdə olarkən ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunub.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: