🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb

22.05.2025 20:25 25 baxış sayı 2 dəq. oxuma
Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb

Masallıda 11 gündür itkin düşmüş hesab edilən 18 yaşlı yeniyetmə ilə bağlı bəzi təfərrüat məlum olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Masallı rayonunun Çaxırlı kənd sakini, 2007-ci il təvəllüdlü Şəfa Fətullayeva may ayının 11-də gecə saat 23 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata əsasən, Şəfa Fətullayevanın itkin düşməsi ilə bağlı daxil olan müraciət əsasında axtarış elan edilib və onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

İtkin düşmüş hesab edilən Şəfa ilə bağlı bəzi təfərrüat məlum olub. Kənd sakinlərinin sözlərinə görə, ailə uzun illərdir ki, Rusiya Federasiyasında yaşayıb. Ailə bir neçə ay bundan əvvəl Azərbaycana qayıdıb.

Ailədaxili problemlər də bundan sonra başlayıb. Sakinlər valideynlərin ayrıldığını və hazırda kənddə yaşamadıqlarını bildirirlər. Şəfanın da Bakı şəhərində anası və ya yaxın qohumlarından birinin yanında olduğu ehtimal edilir.

Hazırda deyilənlərə baxmayaraq, polis əməkdaşları 18 yaşlı qızın axtarışlarını davam etdirirlər.

Paylaş: