"Maxim" taksi şirkəti 20 min manat cərimə edildi
"Maxim" taksi sifarişi operatoru 20 000 manat cərimə edildi.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, "BELLFAST BAKU” MMC ("Maxim" taksi sifarişi operatoru) cərimə olunub. Şirkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 326-2.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə AYNA tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib.
Qeyd edək ki, taksi sifarişi operatorlarının fəaliyyətinə AYNA tərəfindən elektron qaydada nəzarət edilir. Şirkətlər öz informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürürlər.
Etiketlər
Oxşar xəbərlər
Tbilisi Prospektində Yeni Taksi Duraqları Yaradıld...
Son Xeberler
Taksi sürən meyxanaçı Samirə:
Şou Xəbər
Taksi sürücülərinin orta gəliri məlum oldu
Xəbər Anı
“Hər gün 20 manat cərimə yazırlar” -
Son Xeberler
Qapalı yerlərdə maska taxmayanlar cərimələnib
Son Xeberler
Azərbaycanda bunu edənlər 11 min manat cərimələnək...
Son Xeberler